Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”ni və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nu təsdiq edib. Bu barədə çərşənbə günü rəsmi mətbuatda dərc edilib.
Əsasnaməyə əsasən, Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır: gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir; gömrük işini təşkil edir və onun inkişafını təmin edir; hüquq mühafizə fəaliyyətini həyata keçirir; Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil edir.
Ümumilikdə, Komitə 50 vəzifənin yerinə yetirilməsi üzrə səlahiyyətlərə malikdir.
Dövlət Gömrük Komitəsinin strukturu və ştat cədvəli Azərbaycan Prezidenti tərəfindən müəyyən edilir. Dövlət başçısı həmçinin Komitənin sədrini təyin edir. Bundan başqa, Kollegiya üzvlərinin sayı və tərkibi də Prezident tərəfindən təsdiq edilir.
Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar bunlardır:
mərkəzi aparat; komitənin tərkibinə daxil olan təşkilatlar (ərazi idarələri; Sumqayıt Baş Gömrük İdarəsi; digər gömrük idarələri); ixtisaslaşdırılmış gömrük idarələri (5 İdarə - İF-Az); gömrük postları və digər qurumlar (cəmi 9 qurum – İF-Az).