Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti iyunun 10-16-da əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Çinə səfər edəcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
Səfər çərçivəsində Azərbaycan-Çin biznes forumu keçiriləcək.
Azərbaycan iş adamları həmçinin Çində fəaliyyət göstərən sənaye parklarına baş çəkəcək, Çin istehsalçıları və müxtəlif avadanlıq ixracatçıları ilə görüşlər keçirəcəklər.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.