2015-ci ildə Azərbaycanda qaz hasilatının həcmi laylara vurulan qaz nəzərə alınmadan 20 mlrd.kubmetr səviyyəsində proqnozlaşdırılır.SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti –ARDNŞ) şirkətinin vitse –prezidenti Xöşbəxt Yusifzadə çərşənbə günü Bakıda “Caspian Oil&Gas 2012” konfranbsında bildirib.
“2015-ci ildə laylara vurulan qaz nəzərə alınmadan qaz hasilatının həcmi 20 mlrd. kubmetr, 2025-ci ildə - 40 mlrd.kubmetr səviyyəsində proqnozlaşdırılır”,- deyə X.Yusifzadə bildirib.
Onun sözlərinə görə,hazırda ehtiyatları 1,2 mlrd. ton neft təşkil edən Azəri-Çıraq Günəşli blokunun, 1,2 trln. kubmetr qaz və 240 mln.ton kondensat ehtiyatı olan “Şahdəniz”yatağının işlənilməsi uğurla davam etdirilir.
“Həmçinin,Abşeron, Ümid strukturlarında kəşfiyyat işləri davam etdirilir. Qaz ehtiyatları 400 mlrd. kubmetr kondensat ehtiyatları 80 mln. həcmində qiymətləndirilən Babək strukturunda və Şəfəq-Asiman strukturunda kəşfiyyat işləri planlaşdırılır.
Bu işlərin vaxtında yerində yetirilməsi üçün yeni qazma qurğuları quraşdırılacaq.Birinci qurğunun quraşdırma işləri 2014-cü ildə başa çatdırılacaq”.- deyə X.Yusifzadə qeyd edib.
SOCAR şirkətinin prezidenti öz növbəsində jurnalistlərə deyib ki,hazırda şirkət ölkə prezidentinin fərmanı ilə Azərbaycanda qaz tələbatı üzrə uzunmüddətli proqnoz hazırlayır.
“ Biz Azərbaycanda 30-50 il müddətinə qaz tələbatı üzrə proqnozları hazırlamalıyıq.Avropaya qaz ixracı ilə yanaşı,biz ölkənin gələcək inkişafını və daim artan tələbatını nəzərə alaraq qaz ehtiyatlarına olan tələbatın həcmini də hesablamalıyıq .Hesab edirik ki, bəzi qaz həcmlərini ehtiyat kimi saxlamaq lazımdır və bu kontekstdə “Ümid”yatağı nəzərdə tutulir”.- deyə R.Abdullayev söyləyib.
Amma, o qeyd edib ki, bu planlar “Ümid”yatağından qaz hasilatına başlanma müddətinə təsir göstərməyəcək.”Ümid “ platformasından yeni quyuların qazılması davam etdiriləcək.Hazırda bu yatağın işlənmə layihəsində pay sahibi olan Nobel Oil şirkəti ilə birgə qazma əməliyyatları aparılır.Ölkənin qaz balansı hazırlığı nəzərə alınmaqla bu yatağın işlənilməsi və hasil edilən qazın ixracı üzrə müqavilə imzalanması məsələsi açıq qalmaqdadır”,- deyə R.Abdullayev qeyd edib.