Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Türkiyə Quru Qoşunları komandanı Hayrı Kıvrıkoğlu ilə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər hərbi təhsil sistemində əlaqələrin yeni mərhələyə çatdırılmasının vacibliyini vurğulayıblar. Bundan başqa, regionda hərbi vəziyyət və Qarabağ münaqişəsi ilə bağlı problemlərdən bəhs olunub.