Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi təhsil sahəsində əməkdaşlıqı dərinləşdirməyə davam edəcək. Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlu belə bildirib.
“Türkiyə hərbi təhsil sahəsində Azərbaycana kömək göstərməyə davam edəcək.Azərbaycan və Türkiyə,xüsusilə bizim Silahlı Qüvvələrimiz ayrılmazdır”,- deyə H.Kıvırıkoğlu çərşənbə günü Bakıya rəsmi səfəri zamanı bildirib.
Türkiyəli general qeyd edib ki,iki ölkə arasındakı əməkdaşlıq Azərbaycan ordusunun daha çox inkişaf etməsi üçün daha sarsılmaz xarakter daşıyacaq .”Azərbaycan və Türkiyə Quru Qoşunları arasında əməkdaşlıq yüksək səviyyədədir”,- deyə o vurğulayıb.
H.Kıvırıkoğlu iyulun 5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 5 əsgərin həlak olması ilə əlaqədar başsağlığı verib.
H.Kıvırıkoğlunun səfəri Azərbaycan müdafiə naziri Səfər Əbiyevin dəvəti üzrə həyata keçirilir.Bu H.Kıvırıkoğlunun Quru Qoşunlarının komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.