Paris bu günlərdə Ermənistan və Azərbaycan sərhəddində 8 nəfərin həlak olması ilə nəticələnən toqquşmalardan narahatdır.Fransanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bernar Valero çərşənbə günü belə bəyan edib.
“Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Mins qrupunun üzvü olaraq bu yaxınlarda Ermənistan-Azərbaycan sərhəddində baş vermiş və 8 insanın ölümünə səbəb olmuş hadisələrdən bərk narahatlıq duyduğunu ifadə edir”,- deyə B.Valero Parisdə brifinqdə bildirib.
O əlavə edib ki,Paris hər iki tərəfi güc tətbiq etməməyə,1994-cü ildən bağlanmış sülh sazişinə ciddi və hörmətlə yanaşmağa çağırır .
Fransa XİN-in rəyinə görə bu münaqişənin silah gücü ilə həlli yoxdur.
Son günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində fəallıq müşahidə olunur.Atışmalar hər iki tərəfdən itkilərə səbəb olub.