2012-ci ilin may ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri aprel ayı ilə müqayisədə 0,4% azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Hesabat ayında diri heyvanların qiymətləri 0,3% artıb. İnəyin istehsalçı qiymətləri 1,4%, inək südünün 1,9%, camışın 2%, 1 yaşadək quzunun 0,4%, donuz və quş ətinin müvafiq olaraq 5,8% və 2,3%, hind toyuğunun 8,9%, yumurtanın istehsalçı qiymətləri 3,4% ucuzlaşıb.
Mal və qoyun ətinin istehsalçı qiymətləri müvafiq olaraq 6,6% və 0,3%, camış südünün 0,1%, təbii balın istehsalçı qiymətləri 2,4% bahalaşıb.
May ayında diri balığın istehsalçı qiymətlərində 1,6% ucuzlaşma müşahidə olunub.
Ötən ay birillik bitkilərin istehsalçı qiymətləri 1,3%, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5% ucuzlaşıb.
Göyərtilərin istehsalçı qiymətləri 8,9%, xiyarın 17,1%, baş sarımsağın 4,9%, baş soğanın 0,6%, yoncanın 8,9%, quru otun 2,%, armudun 3,5%, limonun 1,4%, fındığın 4,5%, albalı və gilasın 0,7%, çiyələyin istehsalçı qiymətləri 3,6% ucuzlaşıb.
Hesabat ayında pomidorun istehsalçı qiymətləri 0,9%, yaşıl lobyanın 2,1%, bibərin 1,1%, kartofun 0,1%, alçanın istehsalçı qiymətləri isə 5,7% bahalaşıb.