Azəri - Çiraq -Günəşli (AÇG) blokunun işlənməyə başlandığı dövrdən (1997-ci ildən İF) hasil edilən neftin ümumi həcmi 272 mln. ton təşkil edib.Bu barədə SOCAR şirkətinin(Azərbaycan Dövlət Neft Şirkəti -ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı jurnalistlərə “Caspian Oil&Gas” sərgisində bildirib.
“AÇG blokundan işləndiyi bütün dövr ərzində ümumilikdə, 272 mln. ton neft hasil edilib ki, bunun 134 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşür.Bununla yanaşı, 2012-ci ilin yanvar- may ayları ərzində bu blokdan 15 mln. ton neft çıxarılıb ki,bunun da 9,5 mln. tonunu Azərbaycanın mənfəət nefti təşkil edir ”,- deyə X.Yusifzadə söyləyib.
Onun sözlərinə görə,PSA tipli müqavilələr çərçivəsində Azərbaycanınn neft-qaz sektoruna xarici şirkətlər tərəfindən qoyulan investisiyalar $45 mlrd. təşkil edib.
“1996-2011-ci illərdə Azərbaycanda neft-qaz müqavilələri çərçivəsində 18 strukturda kəşfiyyat işləri aparılıb,ümumi dərinliyi 159 min metrə bərabər olan 34 quyu qazılıb.Bu quyuların qazılması hesabına Azərbaycanda təsdiq edilmiş karbohidrogen ehtiyatlarının həcmi 2 mlrd.775 mln. şərti yanacaq səviyyəsində artıb”,- deyə X.Yusifzadə əlavə edib.
SOCAR prezidenti Rövnəq Abdullayevə istinadən xəbər verildiyi kimi, Azərbaycanda təsdiq edilmiş karbohidrogen ehtiyatları 4,2 mlrd. ton şərti yanacaq həcmindədir.
Azəri, Çıraq və Günəşli yatağının dərin sulu hissəsinin işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.”Azəri- Çıraq--Günəşli”layihəsinin iştirakçıları Britaniyanın BP (35,78%),Amerikanın Chevron – 11,27%, ExxonMobil (8,0006%), Hess (2,72%),Yaponiyanın Inpex – 10,96%, Itochu – 4,3%, Azərbaycanın SOCAR (11,6461%), Norveçin Statoil (8,5633%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.