Azərbaycan Beynəlxalq Bankı(ABB) öz müştərilərinə yeni “Avtomatik ödəniş”xidmətini təklif edir.Bu barədə bankın məlumatında bildirilir.
Bu xidmət vasitəsi ilə fiziki şəxslərin hesablarından bir sıra daimi ödənişlərin avtomatlaşdirilmiş qaydada aparılması mümkün olacaq. (kreditlərin ödənilməsi, sığorta, aliment və digər)
2012-ci il ərzində xidmətə qoşulmaq pulsuz olacaq.
Bundan başqa,bu xidmətə qoşulmuş müştərilərə 2012-ci ilin sonuna qədər “Avtomatik ödənişlər”çərçivəsində pul köçürmələr üçün komissiyalar tətbiq edilməyəcək
“Yeni xidmət bank müştəriləri üçün müntəzəm ödənişlər aparılması prosesini sadələşdirəcək. Belə ki, bu xidmətə qoşularkən bankın filialların tez-tez müraciət etmək zərurəti aradan qalxacaq. Bütün ödənişlər avtomatik qaydada həyata keçəcək”,- deyə mətbuat xitmətinin məlumatında bildirilir.
Bankın filiallarına müraciə edərək xüsusi ərizə formasını doldurmaqla xidmətə qoşulmaq olar.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.