Yevlax-Mingəçevir yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"VAZ" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış yük maşınına çırpılıb, qəza nəticəsində minik avtomobilinin iki sərnişini həlak olub, sürücü və daha iki sərnişin isə mərkəzi rayon xəstəxanasına çatdırılıb.