“Uqol Ukrainı”dövlət müəssisəsi Azərbaycana daş kömür ixracını təşkil etməyi planlaşdırır.Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun saytında (AZPROMO) məlumat verilir.
“Uqol Ukrainı” dövlət müəssisəsi Azərbaycana müxtəlif brendli daş kömür ixrac etməkdə maraqlıdır”,- deyə məlumatda bildirilir.
“Uqol Ukrainı”dövlət müəssisəsi 2003-cü il noyabrın 14-də UkraynanınYanacaq və Energetika Nazirliyinin əmrinə əsasən kömür məhsulları satışının təsərrüfat mexanizminin təkmilləşdirilməsi məqsədi ilə yaradılıb
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.