Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və gürcü həmkarları ilə üçtərəfli məsləhətləşmələrdə iştirak etmək üçün Trabzona işgüzar səfərə yola düşür. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş iyunun 8-də keçiriləcək.