Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması elektron qaydada aparılacaq. Bu barədə nazirliyin saytında məlumat verilir.
Həmin hesabatların Maliyyə Nazirliyinin rəsmi internet saytı (www.maliyye.gov.az) vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması, elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi və s. nəzərdə tutulub.