SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) cümə günü İsmayıllı rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 17:00-dək “İsmayıllı” və “Talıstan” Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılıb”, - deyə şirkətdən bildirilib.
Təmir işləri aparılan müddətdə İvanovka, Kürdmaşı və Qubaxəlilli kəndləri istisna olmaqla İsmayıllı rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişində fasilələr yaranacaq.