İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Mərkəzi Qida Sınaq Laboratoriyası İSO/İEC 17025:2005 sertifikatı alıb. Bu barədə Dövlət Xidmətinin məlumatında deyilir.
Sertifikat Latviya Respublikasının Milli Akkreditasiya Bürosu (LATAK) tərəfindən verilib və 15 aprel 2016-cı il tarixinədək qüvvədədir.
Laboratoriyada ərzaq məhsullarında mikrobioloji və kimyəvi sınaqlar aparmaq olar.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Prezidenti tərəfindən 2009-cu il dekabrın 26-da təsdiq edilib.