SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti-ARDNŞ) “Ümid” platformasından qazılmış 10 saylı ikinci quyunun performasiya və mənimsənilməsi üzrə işləri başa şatdırıb .Bu barədə şirkətin məlumatında bildirilir.
“Quyunun dərinliyi 6400 metrə çatıb.Quyunun sutkalıq hasilatı 1,2 mln.kubmetr qaz,150 ton kondensat təşkil edib”,- deyə məlumatda bildirilir.
SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadəyə istinadən daha əvvəl bildirilib ki,”Ümid-1” platformasından ilk qaz hasilatı 2012-ci ilin sentyabrında başlayacaq.Bu zamana qədər şirkət platformadan hasil edilən qazı sahilə daşıyacaq kəmərin tikintisini başa çatdırmağı planlaşdırır.
Xəbər verildiyi kimi,mart ayında SOCAR “Ümid-1” yatağından 10 nömrəli quyunun qazma işlərini başa çatdırıb.Ümumilikdə,bu platformadan 6 quyunun qazılması planlaşdırılır.
Birinci kəşfiyyat qazma quyusunun nəticələrinə əsasən, (№8 –İF –Az) yatağın ehtiyatları ən az 200 mlrd.kubmetr qaz və 30 mln.ton kondensat olaraq qiymətləndirilir.
“Ümid-Babək” bloku Xəzərin Azərbaycan sektorunda dərinsulu hissəsində Bakı şəhərindən 75 km məsafədə yerləşir.