Türkiyə Jandarma Qüvvələri baş komandanı Bəkir Kalyoncu Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının mətbuat xidmətindən məlumat verilib.
B.Kalyoncu iyunun 13-dək davam edəcək səfəri çərçivəsində daxili işlər naziri Ramil Usubov, Daxili Qoşunların komandanı Zakir Həsənov, müdafiə naziri Səfər Əbiyevlə görüşlər keçirəcək. Onun, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.