Azərbaycan Ermənistanla hərbi əməliyyatları bərpa edilməsində deyil,Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində maraqlıdır.Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini millət vəkili Aydın Mirzəzadə belə bəyan edir.
“Buna görə,Azərbaycan danışıqlar yoluna üstünlük verir, lakin eyni zamanda problemin həlli üçün hərb yolunu da nəzərdə tutur”,-deyə.A.Mirzəzadə “İnterfaks –Azərbaycan”agentliyinə Qarabağ münaqişə zonasında, qoşunların təmas xəttində hər iki tərəfin itki verməsi ilə nəticələnən son gərginlik barədə şərh verərkən bildirib.
Parlamentarinin sözlərinə görə, əgər Ermənistan qoşunların təmas xəttində təxribatları davam etdirsə,”onda Azərbaycan onlara çox sərt cavab verəcək və hərbi əməliyyatları bərpa etmək barədə düşünməli olacaq”.”Başqa sözlə, ötən dövrlərlə müqayisədə bu gün hərbi əməliyyatlara başlamaq ehtimalı daha yüksəkdir.Buna görə, hadisələrin sonrakı inkişafını təsəvvür eləmək çətindir.Bir mənalı olaraq demək olar ki, Azərbaycanı təxribatlara cəlb etsələr, Bakının hərbi cavabı qaçılmaz olacaq”,-deyə o bildirib və əlavə edib ki, sülh danışıqları nəticəsiz qalarsa Azərbaycanın işğal altında qalmış torpaqqlarının azad edilməsi probleminin güc yolu ilə həlli ehtimalı artacaq.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayında yaradılıb.ATƏT münaqişə tərəflərinin sülh şərtlərinə əməl etməsi barədə məlumat toplamaq üçün təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə müntəzəm olaraq cəbhə xəttinə monitorinqlər təşkil edir.