2012-ci ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 7,6% ucuzlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 9,2%, xam neft və təbii qazın istehsalçı qiymətləri 9,3% ucuzlaşıb.
May ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 0,4% təşkil edib.
Neft məhsullarının istehsalçı qiymətləri 1,7%, kimya sənayesi üzrə 1,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,5%, tütün məmulatlarının istehsalı üzrə 0,4%, içki istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3%, geyim istehsalı və avtomobil və qoşquların istehsalı üzrə 0,2%, kağız və karton istehsalı, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,1% bahalaşıb.
Hazır metal məmulatlarının istehsalçı qiymətləri 7,6%, tikinti məmulatlarının istehsalı üzrə 3,2%, toxuculuq sənayesi üzrə 2,4%, maşın və avadanlıqların istehsalı üzrə 1,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8%, metallurgiya sənayesi üzrə 0,4%, qida məhsullarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,1% ucuzlaşıb.
May ayı ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,5% ucuzlaşıb.