Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində yanğın baş verib. Bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir.
Yanğın cəbhə xəttinin neytral zonasında 80 ha sahəni əhatə edib.
Yaxınlıqdakı taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın bazar ertəsi saat 23:05-də söndürülüb.