Ermənistan Rusiya hərbçilərini özünün Azərbaycanla sərhədlərinin qorunmasına cəlb etməyə maraqlıdır. ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Fazil Mustafa belə hesab edir.
“Rus əsgərlərinin Ermənistan Azərbaycan sərhədlərinin mühafizəsinə cəlb edilməsi Rusiyanın açıq şəkildə Qarabağ münaqişəsinə cəlb edilməsinə gətirib çıxaracaq”,- deyə F.Mustafa “İnterfaks - Azərbaycan”agentliyinə bildirib.
Bununla yanaşı, deputat artıq Ermənistan siyasətçilərinin və ekspertlərinin rus əskərlərinin Azərbaycan Ermənistan sərhədlərinin mühafizəsinə cəlb edilməsi ilə bağlı müzakirələr aparmasına diqqət çəkib.”Lakin, Azərbaycan belə bir ssenariyə yol verməməlidir.Bakı yalnız gələcəkdə, Ermənistan bütün Azərbaycan torpaqlarını azad etdikdən sonra rus sülhməramlılarının BMT-nin mandatı altında Dağlıq Qarabağa yerləşməsi imkanını nəzərdən küçirə bilər.Amma indiki vəziyyətdə, yəni işğal altında olan torpaqlar azad edilənə qədər rus sülhməramlılarının Dağlıq Qarabağa buraxılması yalnız işğalçının – Ermənistanın mövqelərinin güclənməsinə xidmət edə bilər”,- deyə parlamentari vurğulayıb.
Qarabağ münaqişəsinin nizamlanması perspektivləri barədə danışarkən F.Mustafa qeyd edib ki, ATƏT-in Minsk qrupu Azərbaycan ərazisinin işğal faktını qiymətləndirməyincə çətin ki, problemin həllində irəliləyişə nail olsun .