NATO Azərbaycan və Ermənistan arasında yaranmış yeni gərgin vəziyyətin səngiməsi tərəfdarıdır.NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturay bazar ertəsi Tbilisidə jurnalistlərə belə söyləyib
“Biz hadisələri diqqəətlə izləyirik və qeyd edirik ki, son həftə ərzində Azərbaycan və Ermənistan arasında vəziyyət çox kəskinləşib və bu da bizim narahatlığımıza səbəb olur “,- deyə o qeyd edib.
C.Appaturay qeyd edib ki, NATO Qarabağ münaqişənin nizamlanmasında iştirak etmir, lakin Minsk prosesini dəstəkləyir.
“ Biz tərəflərin tələblərinin təmin edilməsiylə mübahisələrin sülh yolu ilə həlli tərəfdarıyıq”,- deyə o qeyd edib
Azərbaycan Müdafiə Nazrliyinin məlumatına əsasən, iyunun 5-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin təxribatının qarşlısını alıb.İnsident zamanı Azərbaycanın 4 hərbi qulluqçusu həlak olub.
Dörd əskərimizlə yanaşı Ermənistan mövqelərindən açılan atəş nəticəsində daha bir əskərimiz həlak olub deyə Müdafiə Nazirliyi xəbər verib.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, iyunun 6-da ölkənin silahlı qüvvələri şimal- şərq istiqamətində tərəflərin təmas xəttində Azərbaycan hərbiçilərinin növbəti cəhə xəttini yarmaq cəhdinin qarşısını alıb.
İyunun 11-də səhər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib ki, Ermənistan Silahlı Qüvvələri sutka ərzində Qarabağ münaqişə zonasında Azərbaycan ordusunun mövqelərini atəşə tutub.