Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsinin hazırladığı bir sıra standartları təsdiq edib. Bu barədə Komitənin məlumatında deyilir.
SMPDK AZS İSO/İEC 27000-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. İcmal və sözlük", AZS İSO/İEC 27003-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi üzrə təlimat", AZS İSO/İEC 27004-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi. Ölçmə", AZS İSO/İEC 27006-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərinin auditi və sertifikatlaşdırılmasını təmin edən orqanlar üçün tələblər" və AZS İSO/İEC 27033-1-2012 "İnformasiya təhlükəsizliyi - Təhlükəsizilik metodları. İT şəbəkə təhlükəsizliyi. Hissə 1: İcmal və anlayışlar" dövlət standartlarını təsdiq edib.
Standartların tətbiq vaxtı 20 iyun 2012-ci il tarixindən müəyyən edilib.