Azərbaycanın hüquq-mühafizə orqanları çərşənbə axşamı bir qrup vətəndaşın parlament binası qarşısında icazəsiz piket keçirmək cəhdinin qarşısını alıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin müxbiri məlumat verib.
REAL müxalifət birliyinin təşkil etdiyi aksiyanın iştirakçıları vətəndaşların iqtisadi və maliyyə xarakterli, xüsusilə hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalında payı haqqında məlumatlar əldə etməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanuna düzəlişlərlə bağlı narazılıqlarını bildirmək üçün Milli Məclisin binası qarşısında toplaşmağa çalışıblar. REAL nümayəndələrinin fikrincə, hakimiyyətin belə addımı informasiya mənbələrinə sərbəst girişə gedən yolda maneə olacaq.
Aksiyanın dağıdılması zamanı bir neçə iştirakçı saxlanılıb.