Milli Məclis çərşənbə axşamı qanunvericiliyə müəyyən olunmuş yerlərdən kənara zibil atılmasına görə cərimə tətbiq edilməsini nəzərdə tutan dəyişiklikləri qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Milli Məclisin çərşənbə axşamı keçirilən iclasından xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə məişət tullantılarının kənar yerlərə atılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq.
Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.