“Aqrolizinq”ASC istixana avadanlıqlarının alınması və quraşdırılması üzrə tender elan edib.Bu barədə “İnterfaks -Azərbaycan”agentliyinə cəmiyyətdən məlumat verilib
Elana əsasən tenderdə iştirak üçün dövlət rüsumu 1 min manat təşkil edir.
Tenderin şərtlərinə əsasən, istixana avadanlığı 2 hektar ərazidə quraşdırılmalıdır.
İştirakçıların qiymətləndirilməsində aşağıdakı meyarlar nəzərə alınacaq;aşağı qiymət,standartlara uyğunluq,işlərin yerinə yetirilmə müddəti,keyfiyyətə zəmanət.
Maraqlanan şirkətlər həmçinin, sifarişi yerinə yetirmək üçün texniki və maliyyə imkanlarına malik olmalıdırlar
Tender üzrə təkliflər iyunun 26-na qədər qəbul ediləcək.Tender təklifləri iyulun 27-də qiymətləndiriləcək.”Aqrolizinq”ASC Kənd Təsərrüfatı nazirliyinin strukturuna daxildir.