Azərbaycan parlamentinin çərşənbə axşamı keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yol hərəkəti qaydalarını pozan piyadalar üçün cərimənin məbləğinin iki dəfə artırılmasını nəzərdə tutan dəyişikliklər qəbul edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib ki, dəyişikliklər piyadalar tərəfindən yolun hərəkət hissəsi, dəmir yol keçidi müəyyən olunmayan yerdən keçildikdə cərimənin məbləğinin 10 manatdan 20 manata qədər artırılmasını nəzərdə tutur.