“Aqrolizinq” ASC soyuducu kameralar və heyvandarlıq kompleksləri üçün avadanlıq almağı planlaşdırır.Bu barədə “İnterfaks –Azərbaycan”agentliyinə cəmiyyətdən bildirilib.
Satın almalar təklflər sorğusu metodu ilə 4 lot üzrə aparılır.
Lot- 1 - Şəmkir rayonunda 500 ton tutumu olan soyuducu kameraya əlavə avadanlıq alınmasını və quraşdırılmasını nəzərdə tutur.İştirak üçün dövlət rüsumu 300 manat təşkil edir.
Lot-2- Şəmkir rayonunda 800 ton tutumu olan soyuducu kameraya əlavə avadanlıq alınmasını və quraşdırılmasını nəzərdə tutur.İştirak üçün dövlət rüsumu 300 manat təşkil edir.
Lot-3- “Aqrolizinq” ASC-yə məxsus nəqliyyat vasitələrinin və cins mal-qaranın icbari sığortasını nəzərdə tutur. Dövlət rüsumu 300 manat təşkil edir.
Lot-4- Heyvandarlıq kompleksi üçün avadanlıq alınmasını və quraşdırılmasını nəzərdə tutur.Dövlət rüsumu 200 manat təşkil edir
Qaliblərin seçimi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq: ucuz qiymət,standartlara uyğunluq, işlərin yerinə yetirilmə müddəti və keyfiyyətə zəmanət.
Təkliflər iyunun 23-nə qədər qəbul ediləcək.Təkliflərin qiymətləndirilməsi iyunun 24-də olacaq.
“Aqrolizinq”ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.