2012-ci il iyunun 1-nə olan məlumata görə, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 1 mln. 410,231 minə çatıb (o cümlədən 1 mln. 392,875 min əhali, 17,356 min qeyri-əhali abonenti). Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Bu abonentlərin 637,832 mini Bakı şəhərinin (628,647 min əhali, 9,185 min qeyri-əhali abonenti) payına düşür”, - deyə məlumatda bildirilir.
1 mln. 408,068 min abonent sayğaclaşdırılıb ki, bunların da 1 mln. 390,712 mini əhali (99,8%), 17,356 mini qeyri-əhali (100%) istehlakçılarıdır.
Bakı şəhəri üzrə 627,521 min əhali abonenti (99,8%), 9,185 min qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 763,191 min əhali abonenti (99,9%) və 8,171 min qeyri-əhali abonenti (100%) sayğaclaşdırılıb.
Əhali abonentlərinin mənzillərində 371,749 min ədəd “smart-kart” tipli qaz sayğacları quraşdırılıb.