Bərdə şəhərində Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzi fəaliyyətə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Beləliklə, Bakıda və bölgələrdə belə mərkəzlərin ümumi sayı 34-ə çatıb.
Məlumata görə, 2013-cü ilədək belə mərkəzlərin sayı 40-a çatdırılacaq.
Xəbər verildiyi kimi, 2014-cü ilədək onların sayı 55-ə qədər artırılacaq.
Belə mərkəzlərin açılmasında əsas məqsəd bölgələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi xidmətlərinin göstərilməsidir. Vergi ödəyiciləri mərkəzlər vasitəsilə vergi məsələləri ilə bağlı lazımi məlumat və məsləhət ala, vergi orqanlarına elektron formada vergi bəyannamələri göndərə, vergi borclarının məbləği haqqında məlumat əldə edə və vergi məsələləri ilə bağlı digər tədbirlər həyata keçirə bilərlər.