Avqustun 27-28-də Bakıda Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Avrasiya Regional Komitəsinin 5-ci illik Konfransı və seminarı keçiriləcək. Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) məlumatında deyilir.
Konfransın təşkilatçıları İADİ və ADIF-dir.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə Prezidentinin 9 fevral tarıxli fərmanı çərçivəsində yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi bank iflasa uğradıqda və depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
43 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.