Bakının Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yanğın yerli vaxtla saat 13:31-də tamamilə söndürülüb.
KİV-in məlumatına görə, məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğın nəticəsində bir qadın xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəisi Mürsəl Həmidov bildirib ki, hələlik zərərçəkənlər barədə məlumata malik deyil.