Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda azərbaycanlı və misirli uşaq və yeniyetmələrinin rəngkarlıq işlərindən ibarət
“İnci ağacı” adlı sərgi açılıb.
Sərginin açılışında Misirin səfiri Sabir Mənsur, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycanın xalq rəssamı Ağaəli İbrahimov, “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının rəhbəri Esmeralda Tağıyeva və Bakıdakı Misir Mədəni Mərkəzinin direktoru Mustafa Muavad iştirak edib.
M.Moavad qeyd edib ki,bu kolleksiya Qahirənin incəsənət salonlarından birində də nümayiş etdiriləcək
Sonra Misir səfirliyinin nümayəndəsi istedadlı uşaqlara sertifikatlar,eləcə də sərginin təşkilatçılarına- Azərbaycan Rəssamlar İttifaqınının rəhbərliyinə, “Esmeralda” studiyasının rəhbərinə və “Bakı” qalereyasının direktoruna fəxri fərmanlar təqdim edib
Sərginin açılış mərasimi Rostropoviç adına 21 saylı məktəbin şagirdi beynəlxalq və respublika müsabiqələrinin laureatı Nəzrin Mustafayevanın və paytaxtın uşaq rəqs qruplarının ifasında musiqi nömrələri ilə başa çatıb.
Sərgi iyunun 19-na qədər davam edəcək.