Gəncə şəhər Baş Polis İdarəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad rayonunda keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən şəxs saxlanılıb.
Çərşənbə günü Daxili İşlər Nazirliyindən "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, şübhəli şəxsin üzərindən 1,140 kq heroin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.