ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın XİN başçısı Eymon Qilmor Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində, Qarabağ münaqişəsi zonasında yaranmış gərgin vəziyyətdən narahatdır.
“Mən Azərbaycan və Ermənistan arasında, qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətdən və güc tətbiq edilməsindən narahat olduğumu bildirmək istəyirəm”- deyə o cümə axşamı Bakıda vitse-spiker Bahar Muradova ilə görüşdə bildirib.
“Ümumilikdə, biz gələcəkdə belə hadisələrin qarşısının alınmasını dəstəkləyirik .Qeyd etmək istərdim ki, indiki vəziyyət qəbuledilməzdir.Bu hadisələrin qabağını almaq və vəziyyətin yaxşılaşması üçün mümkün olan hər şeyi etmək lazımdır”.- deyə o vurğulayıb.
Azərbaycan Müdafiə Nazrliyinin məlumatına əsasən, iyunun 5-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin təxribatının qarşlısını alıb.İnsident zamanı Azərbaycanın 4 hərbi qulluqçusu həlak olub.
Dörd əskərimizlə yanaşı Ermənistan mövqelərindən açılan atəş nəticəsində daha bir əskərimiz həlak olub deyə Müdafiə Nazirliyi xəbər verib.
Sonrakı gün Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb ki, Qarabağ münaqişəsi zonasında Ermənistan Silahlı Qüvvələri gün ərzində Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayında yaradılıb.ATƏT münaqişə tərəflərinin sülh şərtlərinə əməl etməsi barədə məlumat toplamaq üçün təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə müntəzəm olaraq cəbhə xəttinə monitorinqlər təşkil edir.