ATƏT 2013-cü ildə Azərbaycanda prezident seçkilərinin monitorinqini keçirmək istəyir.
"Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə birlikdə 2013-cü ilin oktyabr ayında Azərbaycanda prezident seçkilərinin monitorinqini keçirmək üçün dəvət gözləyirik", - deyə ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri Eymon Gilmor cümə axşamı Bakıda vitse-spiker Bahar Muradova ilə görüşdə bildirib.
"Biz ötən seçkilərdə hazırladığımız hesabatların yerinə yetirilməsinə (Azərbaycan tərəfindən - İF-Az) xüsusi diqqəti yetiririk", - deyə o qeyd edib.
ATƏT sədri, həmçinin, Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsini zəruri hesab edir.
"Azərbaycan regionda bu qanunun qəbul edilmədiyi yeganə ölkədir", - deyə o bildirib.