Bazar ertəsi Bakıda “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusuna həsr edilmiş ombudsmanların 10- cu Beynəlxalq konfransı öz işinə başlayıb
“İnterfaks –Azərbaycan” agentliyinin müxbirinin tədbirdən xəbər verdiyi kimi, konfrans 18 iyun - insan hüquqlarının müdafiəsi gününə və Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkilin fəaliyyətinin 10 illiyinə, eləcə də Azərbaycanın UNESCKO-ya üzvlüyünün 20 illiyinə həsr edilib.
Tədbirdə Azərbaycan ombudsmanı Elmira Süleymanovanın,baş nazir Artur Rəsizadənin Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun , ÜNESCKO üzrə Milli Komissiyanın birinci katibi Günay Əfəndiyevanın çıxışları gözlənilir.
Bundan başqa, Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun , eləcə də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun cıxışları planlaşdırılır.