“ABB-MOSKVA” Bankı artırılan faiz dərəcələri ilə “Yubiley gəliri” əmanətini tətbiq edib və icazə verilən overdraftla bank kartını hədiyyə edir. Bu barədə Azərbaycan Beynəlxalq Bankın mətbuat xidmətinin məlumatında bildirilir.
“Yubiley gəliri” əmanətinin şərtlərinə görə Rusiya rubllarında pay (illik) - əmanətin 12 ay müddəti ərzində 11% və əmanətin 24 ay müddəti ərzində 11,15% təşkil edir. ABŞ dollarında müvafiq olaraq - 6,5% və 6,8%, avroda - 6% və 6,3% təşkil edir.
İlkin ödənişin minimal məbləği: əmanətin 12 ay müddəti ərzində - 30 000 RUB, 1 000 USD, 1 000 EUR; əmanətin 24 ay müddəti ərzində - 300 000 RUB, 10 000 USD, 10 000 EUR təşkil edir.
Faizlərin ödənilməsi əmanət müqaviləsinin qüvvədə olduğu müddətin sonunda həyata keçirilir. Əmanət vəsaitlərinin qəbul müddəti 2012-ci ilin iyunun 15-dən sentyabrın 15-dək aparılır.
Əmanətçilər üçün əlavə cəlbedici imkanlar nəzərdə tutulub. “Yubiley gəliri” bank əmanətinin müqaviləsinin imzalanması zamanı əmanətçi birinci il ərzində ilkin ödəniş və illik xidmət üçün ödəmə olmadan overdraftın limiti ilə “MasterCard Standard” bank kartını rəsmiləşdirmək hüququna malikdir. Overdraft müştərilərin kreditləşdirilməsi proqramının şərtləri – “ABB-MOSKVA” Bankının əmanətçilərinin “Yubiley gəliri” əmanətinə Overdraft” əsasında verilir.