Azərbaycanlı rəssam Rəşad Mehdiyev Moskvada “ Ənənələr və müasirlik” VI Beynəlxalq İncəsənət Festivalında
iştirak edəcək.Bu barədə “İnterfaks –Azərbaycan”agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Festival”Manej” Moskva Mərkəzi Sərgi Zalında 4-8 iyul tarixində keçiriləcək.
Festivalın işində 40 ölkədən nümayəndələr iştirak edəcək.
R.Mehdiyev xalq rəssamı Rafik Mehdiyevin ailəsində dünyaya gəlib.O Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını və Türkiyənin Mimar Sinan Universitetini bitirib. Rəssamın Rusiyada, Vyanada fərdi sərgiləri keçirilib, BMT-nin Avropa Bölməsinin Millətlər Sarayında əsərləri nümayiş olunub
2001-ci ildə o TÜRKSOY tərəfindən təşkil edilmiş sərgi-müsabiqədə birinci yeri tutub.
Rəssam sərgidə Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə iştirak edəcək.