Azərbaycanda tikilən yaşayış evləri ekspertizadan keçir və onların inşası ilə lisenziyalı tikinti şirkətləri məşğul olur. Bu barədə bazar ertəsi jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.
"Bu sahədə qayda-qanun bərpa olunub", - deyə nazir bildirib.
Qanunsuz tikilən yaşayış evləri ilə bağlı vəziyyətə toxunan K.Heydərov vurğulayıb ki, "onlarla xüsusi komissiya məşğul olur".
"Elə hallar var ki, bu və ya digər evi tikmiş insanlar burada yoxdur, dövlət isə bu evi qəbul etməlidir. Amma bundan əvvəl araşdırmalar aparılmalıdır və biz bunu edirik. Narahatlıq üçün əsas yoxdur", - deyə K.Heydərov qeyd edib.