Azərbaycan 2012-ci ilin yanvar-may aylarında 15 mln. 156,829 min ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, yanvar-may aylarında Azərbaycandan 15 mln. 156,829 min ton neft ixrac edilib. Bununla yanaşı, 12 mln. 292,782 min ton neft Bakı-Tiflis-Ceyhan, 1 mln. 627,47 min ton Bakı-Supsa, 813,723 min ton - Bakı-Novorossiysk neft kəməri, daha 422,854 min ton - dəmir yolu ilə Gürcüstan limanlarına ixrac olunub.
DGK-nın məlumatına görə, hesabat dövründə ixraca göndərilmiş rəsmiləşdirilən $9 mlrd. 279 mln. 806,93 min məbləğində neftin həcmi 10 mln. 601,374 min ton təşkil edib.
DGK-dan həmçinin məlumat verilib ki, 2012-ci ilin yanvar-may aylarında Azərbaycandan $524 mln. 326 min məbləğində 602,190 min ton neft məhsulları ixrac edilib.