Azərbaycan 2012-ci ilin yanvar-may aylarında 3 mlrd. 30,298 mln. kubmetr qaz ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
Sayğacların göstəricilərinə əsasən, yanvar-may aylarında Azərbaycandan qaz ixracı 3 mlrd. 30,298 mln. kubmetr təşkil edib. Bununla belə, sadələşdirilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirilən qaz ixracı hesabat dövründə $254 mln. 725 min məbləğində 1 mlrd. 146, 160 mln. kubmetr təşkil edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan qazı həm bilavasitə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rusiya, İran və Gürcüstana, həm də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstan və Türkiyəyə ixrac edilir.
2011-ci ildə DGK-nın sayğacların göstəricilərinə əsasən, qaz ixracı 7 mlrd. 92,209 min kubmetr təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2012-ci ilə qaz hasilatını 28,28 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırır.