Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alamı və bu vəzifəyə yeni təyin olunmuş Henri Keralini qəbul edib. Bu barədə ölkənin rəsmi mətbuatı məlumat verib.
Dövlət başçısı Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Ə.Alama təşəkkürünü bildirib. Prezidentin sözlərinə görə, kənd təsərrüfatı, səhiyyə, bərpa olunan enerji sahələrində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru H.Kerali öz növbəsində ikitərəfli əməkdaşlığın bundan sonra da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bəyan edib.