2012-ci ilin yanvar-may aylarında Azərbaycanın daxili bazarına 1 mln. 874,2 min ton neft məhsulları verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili bazara tədarükün ümumi həcmində 471,3 min ton avtomobil benzini, 471,2 min ton dizel yanacağı, 203,1 min ton aviakerosin, 152 min ton mazut, 55,1 min ton maye qaz, 101,5 min ton neft bitumu, 420 min ton digər neft məhsullarının payına düşüb.
2012-ci il iyunun 1-nə ölkənin neft emalı zavodlarının anbarlarında 46,4 mln. manat dəyərində məhsul, o cümlədən 36,4 min ton avtomobil benzini, 5,2 min ton birbaşa qovulan benzin, 29,7 min ton kerosin, 68 min ton dizel yanacağı, 14,7 min ton sürtkü yağı və 3,3 min ton neft bitumu var.