2012-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 6 mlrd. 806,1 min manat məbləğində istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 3 mlrd. 923,6 mln. manat məbləğində ərzaq və 2 mlrd. 882,5 mln. manat məbləğində qeyri-ərzaq malları alıb. 2011-ci ilin yanvar-may ayları ilə müqayisədə analoji malların alış həcmi müvafiq olaraq 1,2% və 23,4% artıb.
2012-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinə 2 mlrd. 61,5 mln. manat məbləğində xidmət göstərilib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 8,8% çoxdur. Xidmətlərin 68,9%-i hüquqi, 31,1%-i fiziki şəxslər tərəfindən göstərilib.