“Atəşgah” sığorta şirkəti daşınmaz əmlakın könüllü sığorta hadisəsi üzrə 20 min manat məbləğində ödəniş həyata keçirib.Bu barədə şirkətin məlumatında bildirilir
“Atəşgah” sığorta şirkəti daşınmaz əmlakın könüllü sığortası üzrə böyük sığorta ödənişi həyata keçirib.Sığorta hadisəsi Novxanı qəsəbəsindəki ikimərtəbəli bağ evində baş verən yanğınla əlaqədardır.Sığorta ödənişinin məbləği 20 min manat təşkil edib”,- deyə məlumatda qeyd edilir.
Vətəndaşların əmlakının yanğın və digər risklərdən sığortası “Atəşgah “ sığorta şirkətinin prioritetlərindəndir.Bura aşağıdakı risklər daxildir: yanğın,partlayış, ildırım vurma, idarə edilən uçan aparatların və ya onların hissələrinin düşməsi;
-suyun təsiri ( su təchizatı,. kanalizasiya və ya yanğınsöndürmə sistemlərinin qəzası nəticəsində, qonşu binadan su süzülməsi nəticəsində dəyən zərər);
-kənar təsirlər(avtonəqliyyat vasitələrinin daşınmaz əmlakla toqquşması və s.)
-təbiət qüvvələri və təbii fəlakətlər
.- üçüncü şəxslərin qeyri qanuni hərəkətləri (oğurluq, soyğun, qarət, sığortalanmış əmlaka üçüncü şəxslər tərəfindən qəsdən zərər verilməsi, dələduzluq, vandalizm)
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 3,699 mln. manata bərabərdir. Onun səhmdarları “I.S.R. Holding Ltd”, Azərbaycan Dövlət Neft Şirkəti və “RAN-Eksim” şirkətidir.
2012-ci ilin yanvar –may ayları ərzində şirkətin topladığı sığorta haqları 11 mln. 148 min manat, ödənişləri 2 mln. 339,7 min manat təşkil edib.