Gəncə şəhər Prokurorluğu Alüminium Zavodunda beton konstruksiyaların aşmasi nəticəsində iki fəhlənin ölüm faktı üzrə cinayət işi açıb.
“İnterfaks –Azərbaycan”agentliyinin regional müxbirinin şəhər prokuroru Rafael Həsənova istinadən verdiyi xəbərə görə insan ölümü ilə nəticələnmiş əmək mühafizə qaydalarını pozma maddəsi ilə cinayət işi qaldırılıb.
Xəbər verildiyi kimi, Gəncə şəhərində “Det-Al” şirkətinə məsxus “Alüminium Zavodu”nda köhnə yardımçı bina uçub, nəticədə iki işçi uçqun altında qalaraq ölüb.