İyunun 22-də Azərbaycan Milli İncəsənət Muzeyində rəssam Bəhruz Kəngərlinin işlərindən ibarət sərgi keçiriləcək. Sərgi rəssamın 120 illik yubileyinə həsr olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması B.Kəngərlinin adı ilə bağlıdır.
Onun 500-dən artıq işi ilk dəfə 1921-ci ildə təqdim edilib. B.Kəngərlinin əsərləri bu gün Azərbaycanın bir çox muzeylərində saxlanılır.
B.Kəngərli 1922-ci ildə 30 yaşında vəfat edib.