Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2012-ci ilin yanvar-aprel aylarında 44,7 min daşınmaz əmlak obyekti üzrə mülkiyyət hüququnu qeydiyyata alıb ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 6.8% çoxdur.Bu barədə komitənin məlumatında bildirilir.
Bununla yanaşı, qeydiyyata alınmış obyektlərdən 13 267 (29,7%) ilk dəfə , 31 434 (70,3%) təkrar qeydiyyatdan keçib.Daşınmaz əmlakın təkrar qeydiyyat göstəricisinin artımı 2011-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 19% təşkil edib.
ƏMDK-nın məlumatına əsasən,hesabat dövründə daşınmaz əmlaklar üçün hazırlanan texniki pasportların sayı 2011-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 12,5%, ipoteka qeydiyyatı 51%-dən çox artıb.
4 ay ərzində 9 205 xüsusi yaşayış və bağ evləri, 15 998 mənzil, 16 828 torpaq sahəsi, 1 264 qeyri-yaşayış binası, 281 əmlak kompleksi, 94 çoxillik əkmələr, 5 çoxmərtəbəli bina üzrə mülkiyyət hüququ qeydə alınıb.
Yanvar - aprel aylarında ən çox daşınmaz əmlak qeydiyyatı regionların payına düşür-62%
2012-ci ili mayın 1-nə qədər ölkədə 1105 mənzil özəlləşdirilib.