Rusiya Suriyada siyasi islahatlar uğrunda mübarizəyə böyük töhfə verir. Bu barədə Fransa prezidenti Fransua Olland Los-Kabosda Böyük İyirmiliyin sammitinin yekunlarını şərh edərkən deyib.
"Rusiya Suriyada hakimiyyətin dinc yolla təhvil verilməsini mümkün etmək üçün öz rolunu oynayır", - deyə o, fransalı jurnalistlərə bildirib.
"Kim ki, bu gün öz xalqını öldürür, Suriyanın gələcəyi olmağa iddia edə bilməz", - deyə Bəşər Əsəd rejiminə toxunan F.Olland əlavə edib.
Onun sözlərinə görə, "sanksiyaların köməyi ilə Suriyaya təzyiqi gücləndirmək, ölkəyə yeni müşahidəçi missiyası göndərmək (indiki missiya fəaliyyəti dayandırıb) və problemin siyasi həllini tapmaq, yəni Əsədin gedişinə nail olmaq lazımdır", - deyə Fransa prezidenti qeyd edib.